Xəbər lenti

Aqil Hümmətova hökm oxundu
Ölkə 12:10 15.11.2021

Aqil Hümmətova hökm oxundu

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Aqil Hümmətova hökm oxunub.

Qaynarinfo xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Hümmətov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Rəsmi ittihama görə, Aqil Hümmətov üzərində gəzdirdiyi qatlanan cib bıçağı ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Bağ massivində yerləşən fərdi yaşayış evinin həyətində Məmmədov Yamən Tağı oğlunun qarın nahiyəsindən vurmaqla onun sağlamlığına ağır xəsarət yetirib.

Aqil Hümmətova Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->