Xəbər lenti

Araz Ağalarovun şəriki niyə qətlə yetirilib?
Dünya 11:27 06.08.2017

Araz Ağalarovun şəriki niyə qətlə yetirilib?

Rusiya İstintaq Komitəsinin müstəntiqləri “Krokus Siti Okeanarium”un həmtəsisçisi və baş direktoru Andrey Çernovun güllələnməsinin mümkün motivləri üzərində baş sındırır.

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, müstəntiqlərin işi çətindir, çünki killer hadisə yerində heç bir dəlil buraxmayıb və biznesmenin qətlinin kim tərəfindən sifariş verilə biləcəyinə dair heç bir ip ucu yoxdur. Çünki onun bizneslə bağlı kiminləsə münaqişəsini indiyədək eşidən olmamışdı və Çernovu tanıyanlar deyir ki, biznesmenin ünvanına hansısa hədələrin gəldiyi barədə heç kimə heç nə məlum deyil.

Xəbər verildiyi kimi Çernov avqustun 4-də səhər saatlarında Moskvanın Rublyovka rayonunda, Filesk parkının ərazisində aşkar edilib. Biznesmen səhər qaçışına çıxıbmış və bir neçə gündür onu izləyən killer qətl üçün ən münasib yer seçərək ona parkda atəş açıb. Çernovun cəsədini parkda uşağı ilə gəzintiyə çıxmış qadın aşkar edib və polisə məlumat verib. Qətlin baş verdiyi ərazinin yaxınlığında heç bir videomüşahidə kameraları olmadığından killerin izinə düşmək üçün hələlik heç bir ip ucu tapılmayıb.

Qatilin biznesmeni öldürmək üçün 7.62 millimetrlik güllələrdən istifadə etdiyi müəyyən olunub. Lakin bu güllələrin hansı silahdan atıldığı haqda dəqiq məlumat yoxdur. Hüquq-mühafizə orqanarındakı mənbələr bildirir ki, silahın “Kalaşnikov” avtomatı olduğu təxmin edilir. Digər mənbələr isə killerin TT tapançasından istifadə etdiyini güman edir. Hələlik qətldə istifadə olunan silah tapılmayıb.

Hüquq-mühafizə orqanlarındakı mənbələr bildiriblər ki, Çernov okeanariumla yanaşı başqa şirkətlərin də idarə olunması ilə məşğul olub, bir sözlə, ciddi biznesmen hesab olunurdu. Bu baxımdan ilkin versiyaya görə onun qətlinin motivi biznes məsələlərinə görə yaranan münaqişə ola bilər. Lakin qətlin şəxsi motivlərə görə törədilməsi versiyası da araşdırılır.

“Krokus Siti Okeanarium”un istismar xidmətinin rəhbəri, Çernovun biznes partnyoru Vladimir Yemanov deyib ki, onun hər hansı problemi barədə eşitməmişdi və kiminləsə münaqişədə olduğu barədə heç nə bilmirdi. “Lakin öldürüblərsə deməli kiməsə bərk mane olurdu”-Yemanov bildirib.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->