Millimizin sabiq futbolçusu Araz Abdullayev Türkiyənin "Boluspor” komandasında ilk qollarını vurub.
Qaynarinfo xəbər verir ki, Türkiyə I divizionunun XXXIV turu çərçivəsində "Boluspor” bir zamanlar Rəşad Sadıqovun çıxış etdiyi "Əskişəhərspor”u qəbul edib.
Görüş Bolu təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan və 90 dəqiqə çıxış edən Araz Abdullayev 17 və 56-cı dəqiqələrdə fərqlənib.
Qeyd edək ki, 42 xalı olan "Boluspor” 12-ci pillədə qərarlaşıb.
Şərhlər