Xəbər lenti

İdman 22:46 25.05.2025

"Araz-Naxçıvan" legioneri ilə yollarını ayırır

"Araz-Naxçıvan" klubu futbolçusu Miço Kuzmanoviçlə yollarını ayıracaq.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Muxtar Respublika təmsilçisi 29 yaşlı yarımmüdafiəçi ilə yayda bitəcək müqaviləni yeniləməyəcək.

Bosniyalı oyunçu 2023-cü ilin yayından "Araz-Naxçıvan"da çıxış edirdi.

Klubun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov bununla bağlı Teleqraf-a açıqlamasında komandanın bir çox futbolçusu ilə sözləşməsinin mövsümün sonunda bitdiyini söyləyib: "Təkcə Felipe Santos və İqor Ribeiro ilə müqaviləmiz davam edir. Baş məşqçi Elmar Baxşıyevın belə, sözləşməsi bitəcək. Kuzmanoviçə gəldikdə, o, qış fasiləsindən sonra 3 ayadək zədə səbəbindən komandaya kömək etmədi. Son beş oyunda meydana çıxmağa başlayıb".

Qeyd edək ki, Miço Kuzmanoviç cari mövsüm ərzində meydana çıxdığı 28 oyunda cəmi 1 qolla yadda qalıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->