Arda Turan 9 il sonra yenidən

Arda Turan 9 il sonra yenidən "Qalatasaray"da (RƏSMİ)

"Qalatasaray" sabiq futbolçusu Arda Turanı geri qaytarıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "NTV Spor"a İstanbul təmsilçisinin prezidenti Mustafa Çingiz açıqlama verib.

Klubun rəhbəri 33 yaşlı yarımmüdafiəçi ilə anlaşdıqlarını bildirib. Təcrübəli oyunçu ilə 1+1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Qeyd edək ki, Arda 2011-ci ildə "Qalatasaray"dan "Atletiko"ya 13 milyon avroya transfer olunmuşdu. Daha sonra "Barselona"ya keçən futbolçu 2019/20 mövsümündə icarə əsasında "Başakşəhər"də oynayıb. Bu ilin əvvəlindən isə Arda Turanla müqaviləyə xitam verilib. 
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR