Xəbər lenti

Arda Turan karyerasını bitirdi
İdman 16:59 12.09.2022

Arda Turan karyerasını bitirdi

"Qalatasaray"ın futbolçusu Arda Turan karyerasını başa vurub.
 
Qaynarinfo xəbər verir ki, bu haqda 35 yaşlı yarımmüdafiəçi şəxsi sosial şəbəkə hesabından paylaşım edib. Türkiyə yığmasının sabiq üzvü vidası ilə bağlı video yayımlayıb.
 
O, videoda bu sözləri deyib:
 
"İndi butsları asmaq vaxtıdır, göz yaşları içində, amma cəsarətlə. Mən bütün səyahətim boyunca əlimdən gələni etməyə çalışdım. Və düşünürəm ki, yaxşı iş görmüşəm. Yenə hazıram. Yenidən görüşək, futbolda, meydanda..."
 
Arda "Qalatasaray" haqda ayrıca anışmağı da unutmayıb: 
 
"Qalatasaray"da hər an mənim üçün çox qiymətlidir. Mən həmişə "Qalatasaray"a sevgi ilə baxmışam. Nə olursa olsun. Budur, Arda mənəm... Eşqlə yaşayan, bəzən emosional olan, qələbə üçün hər şeyi verən, heç vaxt beli yerə dəyməyən, hiylə işlətməyən Arda"
 
O, Türkiyənin təcrübəli məşqçilərindən olan Fatih Terimi də xatırlayıb: 

"Fatih Terimlə bayram səhəri Floryada tanış oldum. O, mənə yaxınlaşanda ürəyim partlayacaq kimi hiss etdim. Mən balaca uşaq idim. 13-14 yaşım var idi, adımı dəfələrlə eşitmişdim, amma ilk dəfə qulaqlarıma inanmadım. Adımı bilmək məni çox sevindirdi. Fatih Terim səninlə olanda həyat gözəldir".

Təcrübəli oyunçu Türkiyədə "Manisaspor" və "Başakşehir", İspaniyada isə "Atletiko" (Madrid) və "Barselona"nın formasını geyinib.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->