Xəbər lenti

İdman 08:12 04.07.2023

Arda Turanın komandasından azərbaycanlı futbolçuya təklif

"Neftçi"nin yeni müqavilə təklifini qəbul etməyən Emin Mahmudov karyerasını Türkiyədə davam etdirə bilər.

Qaynarinfo xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin xidmətində I Liqada mübarizə aparan "Eyüpspor" maraqlıdır. Bu barədə jurnalist Nazım Türknas məlumat yayıb.

Super Liqaya çıxmağı hədəfləyən İstanbul təmsilçisi iddialı heyət qurmağı planlaşdırır. Arda Turanın baş məşqçisi olduğu "Eyüpspor" Azərbaycan milli komandasının kapitanına rəsmi təklif göndərib.

Qeyd edək ki, Emin Mahmudov 2017-ci ilin yayından "Neftçi"də çıxış edir. Təcrübəli yarımmüdafiəçi son mövsümdə "ağ-qaralar"ın heyətində meydana çıxdığı 45 matçda 19 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->