AzTV-nin sabiq sədri Arif Alışanov yenidən ailə qurub.
Qaynarinfo gununsesi.org-a istinadən xəbər verir ki, o, "Mədəniyyət” kanalının aparacısı, həmçinin televiziyanın solisti Ayşən Məstanova (Şakirqızı) ilə nikaha girib. Cütlüyün izdivacdan bir oğlu var. Mənbə bildirib ki, A. Məstanova A.Alışanov işdən azad edildiyi gün telekanalı tərk edib.
Xatırladaq ki, Arif Alışanov bu il yanvarın 15-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla AzTV sədrliyindən azad edilib. Bundan az əvvəl xanımı, Hesablama Palatasının auditoru Mehriban Alışanova ondan boşanıb.
Mehriban Alışanova hazırda Hesablama Palatasının beş auditorundan biridir. Onların bu evlilikdən üç övladı var.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər