Siyasət 09:54 24.07.2013

Arif Hacılı: "Rəsul Quliyev həşəratdır..."


Bunu “facebook” sosial şəbəkəsindəki statusunda Müsavat Partiyası başqanının müavini Arif Hacılı yazıb


“1992 ci ilin yayında Rəsul Quliyevin həbs olunacağı gözlənilirdi. Bu ilk növbədə cinayət qanunvericiliyi, eyni zamanda siyasi konyuktura baxımından real idi. Rəsul Quliyev o dövrün termini ilə desək, ölkənin “baş mafiozu”, ictimai rəydə ən arzuolunmaz adam idi. Saysız iqtisadi cinayətləri barədə məlumatlar mətbuatda dərc olunurdu. O dövrün ən populyar qəzeti olan "Müxalifət "qəzetində Rəsul Quliyevi...n iqtisadi cinayətləri barədə "Qarət" başlıqlı silsilə yazılar dərc olunmuşdu”.

APA-nın xəbərinə görə, bunu “facebook” sosial şəbəkəsindəki statusunda Müsavat Partiyası başqanının müavini Arif Hacılı yazıb.

A.Hacılı indi Açıq Cəmiyyət Partiyasına (ACP) sədrlik edən Sülhəddin Əkbərin Rəsul Quliyevin həbsinə icazə istədiyini də yazıb: “MTN nazirinin birinci müavini Sülhəddin Əkbər Prezident Aparatına Rəsul Quliyevin cinayət əməlləri barədə təqdim etdiyi sənədlərlə onun həbsinə razılıq verilməsini istəmişdi”.

A.Hacılı R. Quliyevin daha sonra vəzifəyə gətirildiyini də xatırladıb: “Rəsul Quliyev elə adamdır ki, onunla ya işləmək, ya da onu öldürmək lazımdır" kimi mənasız konsepsiyanın yiyələri bütün bunlara baxmayaraq onu əvvəlcə Neft Şirkətinin, sonra isə hökumətin ikinci adamı postuna gətirdilər. Bu da Elçibəy hökumətinin süqutunda həlledici rol oynadı. Sonralar bəlli oldu ki, Rəsul Quliyev ona layiq olduğundan dəfələrlə yüksək vəzifə vermiş hökumətə minnətdar olmamış, baş nazirin birinci müavini təyin olunduqdan dərhal sonra hökumətə hərbi müxalifət mövqeyində olan OMON birləşməsinin bir polkunu Bakıda "YUJNIY" mehmanxanasında yerləşdirərək, çevriliş planının əsasını qoymuşdu”.

Daha sonra A. Hacılı R. Quliyevi öz sıralarına necə qəbul etmələrindən bəhs edib: “Acı həqiqətdir ki, 2003 -cü ildə Rəsul Quliyev İsa Qəmbərin müdafiəçısı olmaq, 2005 də isə artıq bizimlə bərabərhüquqlu tərəfdaşlıq imkanına sahıb oldu. 2005 ci ildə öz siyasi və maliyyə fırıldaqları ilə müxalifətə elə zərbə vurdu ki, nəticələri hələ də davam edir. Rəsul Quliyevin oyunbazlığı ucbatından həbs olunanların əksəriyyəti hələ də həbsxanalarda qalmaqdadır”.

Müsavat başqanının müavini Rəsul Quliyevi “buqələmun” adlandırıb: “Rəsul Qyliyev Heydər Əliyevi Mütəllibova, Mütəllibovu Elçibəyə, Elçibəyi yenidən Heydər Əliyevə,Heydər Əliyevi İsa Qəmbərə, İsa Qəmbəri Allah bilir kimə satmış bir buqələmundur. Əslində heç olmasa, 2005-ci il hoqqalarından sonra onu durdurmaq zamanı idi. Təəssüf ki, bəzi dostlarımız öz siyasi maraqlarını düzgün qiymətləndirə bilmədiklərindən buna imkan vermədilər”. Müxalifəti 2008-ci ildəki prezident seçkilərinin nəticələrini təqdir edən ACP və onun liderini yenidən ortaya gətirməkdə ittiham edən A. Hacılı bildirib: “Yenidən Rəsul Quliyevə müxalifətçi mandatı verdik. Gözlənildiyi kimi, əlinə verdiyimiz oxla birinci bizi nişan aldı. Biz müsavatçı, Rəsulzadə-Elçibəy yolunun yolçuları olaraq bu tip adamlarla birlikdə yox, onlardan ayrı, onlara qarşı olanda güclüyük. Bizim gücümüz hər cür həşaratla birgəliyimizdə deyil, əqidəmizdə, dönməzliyimizdə, ləyaqətimizdədir!”