Siyasət 14:11 14.07.2013

Arif Hacılıdan AXCP-yə SƏRT SÖZLƏR

"AXCP-nin sərəncamına verdiyimiz qərargahımızın xərclərini Ramil Usubov ödəyirmiş..."

"Facebook"da "SUSMA" qrupunda Müsavatın İsa Qəmbərin və ünvanıma səslənən böhtanların, təhqir və söyüşlərin yer alması ilə bağlə Natiq Adilova (AXCP-nin mətbuat xidmətinin rəhbəri) məktub yazmışdım. O, 20 saat internetdə olmadığı üçün buna yol verilməsindən xəbərsiz olduğunu və bu yazıların çıxarılacağını yazmışdı. Üstündən bir neçə saat keçib". 

Qaynar.info-nun məlumatına görə, bunu Müsavat Partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacılı deyib. 

 A.Hacılının sözlərinə görə, Natiq Adilov burada bir neçə status da yazmağa vaxt tapıb, admini olduğu qrupa isə göz gəzdirməyə vaxt tapmayıb: "Qrupdakı təhqir və böhtanlara biri də əlavə olunub. Sən demə, bütün müxalifətin , o cümlədən AXCP nin sərəncamına verdiyimiz qərargahımızın xərclərini Ramil Usubov ödəyirmiş və bu mənim də iştirakımla sübut olunubmuş. Bu söyüşlər, təhqirlər böhtanlar çirkinlikdir, murdarlıqdır. Ünvanımıza deyilən bu ifadələrin yiyələri mənim "siyasət çirkin peşə deyil,siyasətdə çirkin insanlar var" deyimimin təsdiqini çox gözlətmədilər".

İlkin

Qaynar.info