Xəbər lenti

Arıqlama dərmanlarında gözlənilməz risk: Çəkinin geri qayıtması sürətlənir
Sağlamlıq 08:15 10.01.2026

Arıqlama dərmanlarında gözlənilməz risk: Çəkinin geri qayıtması sürətlənir

Yeni aparılan araşdırmaya əsasən, arıqlama dərmanlarını dayandıran şəxslərin çəki artımı, pəhriz və fiziki aktivliyi dayandıranlarla müqayisədə xeyli daha sürətli baş verir. 

Qaynarinfo xəbər verir ki, bu nəticə arıqlama dərmanları ilə bağlı narahatlıqları artıran mühüm fakt kimi diqqət çəkir. 

"The Guardian" nəşrində yayımlanan araşdırmaya, Oksford Universitetində aparılıb və arıqlama dərmanlarını dayandıranlarla pəhriz və fiziki aktivliyi sonlandıran şəxslərin çəki artım sürətləri müqayisə edilib. Tədqiqat çərçivəsində 9 min 341 nəfəri əhatə edən 37 ayrı elmi işin məlumatları təhlil edilib.

Araşdırma zamanı müəyyən edilib ki, arıqlama dərmanlarını dayandıran şəxslər çəkiyi pəhriz və idmanı buraxanlara nisbətən dörd dəfə daha sürətlə geri alırlar. Müşahidələrə görə, dərman qəbulunu dayandıran və yenidən çəki alan şəxslər müalicədən əvvəlki çəkilərinə orta hesabla 1,7 il ərzində qayıdırlar. Bildirilir ki, dərman istifadəsi zamanı itirilən 8,3 kiloqramın təxminən 4,8 kiloqramı ilk il ərzində geri alınır.

Tədqiqatda vurğulanır ki, arıqlama dərmanlarından sonra çəkinin bu qədər sürətlə geri qayıtması həmin preparatların uzunmüddətli təsirləri ilə bağlı ciddi suallar yaradır. Məlumata görə, dərmanlardan sonra çəki artımının sürəti konkret pəhriz və idman proqramına əməl edən şəxslərlə müqayisədə dörd dəfə çoxdur.

Bu nəticələr arıqlama dərmanlarının əsasən qısamüddətli təsirə malik ola biləcəyini və sonradan çəkinin daha sürətlə artdığını göstərir. Mütəxəssislər bildirirlər ki, bu dərmanlar düzgün qidalanma və müntəzəm fiziki aktivliklə dəstəklənmədikdə qalıcı çəki itkisi təmin etmir. Buna görə də sağlam və davamlı çəki itkisi üçün qidalanma vərdişlərinin tənzimlənməsi və fiziki aktivliyin həyat tərzinə çevrilməsi əsas rol oynayır.

Aydın
--> -->