Sağlamlıq 09:50 04.04.2020

Arıqlamaq istəyənlərə şad xəbər: alimlər effektiv üsul tapdı

Bir qrup alim artıq çəki ilə mübarizə aparmağın effektiv üsulunu tapıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, könüllülərin iştirakı ilə aparılan təcrübələr zamanı işlək olmayan əllə yemək yeməyin çəki atmağa böyük kömək olduğu ortaya çıxıb. Mütəxəssislər hesab edir ki, işlək olmayan əllə yemək yemək az yeməyə səbəb olur.

Belə ki, könüllülər şam yeməyində sınağa qatılıblar. Onlara qeyri-standart vəziyyətdə yemək tapşırılıb. Sonda məlum olub ki, bu vəziyyətdə iştirakçılar birinciyə nisbətən 30 faiz az yeyirlər. Alimlərin fikrincə bunun səbəbi bədənin daha əvvəl beynə doyma siqnalı göndərməyə başlamasıdır.

Camal