Xəbər lenti

Armen Qriqoryan Aİ nümayəndələri ilə Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə etdi
Siyasət 14:53 21.01.2022

Armen Qriqoryan Aİ nümayəndələri ilə Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə etdi

Ermənistan rəsmisi Aİ nümayəndələri ilə Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə edib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Şurası məlumat yayıb.
 
Məlumata görə, Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yanvarın 21-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar, Avropa İttifaqının "Şərq tərəfdaşlığı" üzrə səfiri Bris Rokvo, Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin başçısı Anderu Viktorin, Fransa Prezidenti Administrasiyasının müşaviri İzabel Dümonla görüşüb.

Qeyd edilir ki, tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti, delimitasiya və demarkasiyaya başlamağın vacibliyini bildiriblər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->