İdman 19:00 19.09.2018

"Arsenal"ın iki futbolçusu "Qarabağ"a qarşı oynamayacaq

"Arsenal"ın iki futbolçusunun Avropa Liqasının oyununda "Qarabağ"a qarşı oynamayacağı dəqiqləşib.

Qaynarinfo xəbər verir ki, Karl CenkinsonLoran Koselni Bakıya gəlməyəcək.

Buna səbəb onların zədəli olmasıdı. Hər iki futbolçu bu ay ay meydana çıxmayacaq. Onların nə vaxt yaşıl meydanlara qayıdacağı açıqlanmayıb. Digər iki zədəli futbolçu - Sead KoloşinatsEnzli Meytlend-Naylz oktyabrın əvvəllərində meydana çıxacaq. Meytlend-Naylzın adı Avropa Liqasının iştirak ərizəsinə salınmayıb, Koloşinatsın isə Bakıya gəlib-gəlməyəcəyi bilinmir.

Qeyd edək ki, oktaybrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" matçı saat 20:55-də start götürəcək.