Dünya 16:35 11.07.2018

Artıq çəkili polislər işdən çıxarılacaq

Hindistanda polislərə arıqlamaq tələbi irəli sürülüb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, artıq çəkidən azad olmayan polislər işlərini itirə bilər. Karnataka əyalətində yerləşən polis şöbəsində qoyulan bu qaydanın tətbiqinə səbəb son 18 ayda 100-dən çox polisin artıq çəkinin yaratdığı xəstəliklər səbəbilə ölməsidir. 

Şöbə rəisi Bhaskar Rao polislərin sağlamlığına görə narahat olduqlarını, onların qızarmış yeməklərə, içki və siqaretə üstünlük verdiklərini dilə gətirib. 

14 min nəfərin işlədiyi şöbədə artıq çəkidən əziyyət çəkənlərə arıqlamaqda kömək ediləcək. Bunun üçün yoqa, üzgüçülük və s. idman qruplarının yaradılması planlaşdırılır.

Gülşən