Dünya 19:50 09.12.2019

Artıq qadınlar da kişilərlə birgə eyni qapıdan keçə biləcək

Vaxtaşırı yeniliklərlə dünya gündəminə gələn Səudiyyə Ərəbistanı qadın azadlığı ilə bağlı daha bir qərar qəbul edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, qərara əsasən artıq qadınlar da kişilərlə birgə eyni qapıdan keçərək restorana daxil ola biləcəklər. Səudiyyə Ərəbistanının Bələdiyyələr Nazirliyindən verilən açıqlamada qərarın icrasının sahibkarların ixtiyarına veriləcəyi qeyd olunub.

Qeyd edək ki, bu günə qədər ölkədəki restoranlarda iki fərqli giriş qoyulması məcburi idi. Bunların birindən ailələr və qadınlar, digərindən isə kişilər istifadə edirdi. Beynəlxalq qurumların tənqidlərindən sonra Səudiyyə Ərəbistanı bəzi qadağaların ləğvinə başlayıb. Bundan əvvəl isə qadınların avtomobil idarə etməsinə və müstəqil şəkildə pasport almalarına icazə verilmişdi.

Camal