"Kurtlar Vadisi" serialının ulduzu aktyor Necati Şaşmaz həyat yoldaşı Nagehan Şaşmazdan boşanır.
Qaynarinfo xəbər verir ki, Anadolu Ailə Məhkəməsinə müraciət edən aktyor 7 illik həyat yoldaşından 10 milyon lirə təzminat və valideynlik hüququ tələb edir. Vəkil boşanma müraciətində Şaşmazın haqsız və hüquq əleyhinə münasibətə məruz qaldığını bildirib, 5 milyon lirə mənəvi, 5 milyon lirə isə maddi təzminat tələb edilib. Cütlüyün övladlarının Nagehan Şaşmaz tərəfindən ölkədən qaçırılma ehtimalına görə Türkiyədən çıxışlarına qadağa qoyulub.
Qeyd edək ki, Türkiyə KİV-i boşanma səbəbi kimi Nagehan Şaşmazın Necati Şaşmaza xəyanət etməsini göstərir.
Gülşən
Şərhlər