Azərbaycanda qadını nikaha məcbur edən Fərid Səlimov Moskvada saxlanılıb.
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Fəridin qanuni arvadı polisə müraciət edərək əri tərəfindən nikaha məcbur edildiyini bildirib. Bu nikahdan onun 2 övladı dünyaya gəlsə də, qadın bunun öz istəyi ilə olmadığını deyib. Səlimov həyat yoldaşının polisə müraciət etdiyini biləndən sonra Rusiyaya qaçmaqdan başqa çarə tapmayıb.
Hazırda Fəridin deportasiyası gözlənilir. Onun barəsində istintaq isə Azərbaycanda aparılacaq.
Şərhlər