Xəbər lenti

Arxeoloqlar insanın donuzları əhliləşdirməsinin sirrini açdı
Dünya 23:30 11.06.2025

Arxeoloqlar insanın donuzları əhliləşdirməsinin sirrini açdı

Britaniyanın Dartmut Kollecindən olan alimlər insanın donuzları necə və nə zaman əhliləşdirməyə başladığı ilə bağlı yeni və gözlənilməz məlumatları üzə çıxarıblar. 

Qaynarinfo xəbər verir i, "Proceedings of the National Academy of Sciences" (PNAS) elmi jurnalında dərc olunan araşdırmaya görə, ilk donuzlar təxminən 8000 il əvvəl Cənubi Çində insan məskənləri yaxınlığında yaşayaraq yemək qalıqları və hətta insan nəcisilə qidalanmağa başlayıblar.

Çinin Tsintouşan və Kuaxutsyao qədim yaşayış məskənlərindən tapılan donuzların diş daşlarının təhlili zamanı bişmiş düyü, yams (şirin kök bitkisi) və vəhşi ot qalıqları, insan parazitlərinin yumurtaları, eləcə də ev donuzlarına xas diş forması dəyişiklikləri aşkar edilib.

Araşdırmaya görə, donuzların əhliləşdirilməsi iki mərhələdə baş verib. Əvvəlcə vəhşi qabanlar özləri insan məskənlərinə yaxınlaşıb yemək tullantıları ilə qidalanıblar. Sonra insanlar daha sakit və onlardan qorxmayan fərdləri seçərək donzuları çoxaltmağa başlayıblar.

Bu prosesin nəticəsində, aqressiv olmayan və insanlara yaxınlaşmaqdan çəkinməyən qabanlar müasir ev donuzlarının başlanğıcını təşkil ediblər. Zaman keçdikcə bu donuzların bədən və beyin ölçüləri təqribən 1/3 qədər kiçilib.

Tədqiqat həmçinin insanlar və heyvanlar arasında erkən dövrdə parazitlərin ötürülməsi məsələsinə də işıq salır. Donuzların diş daşında tapılan vlasoqlav parazitlərinin yumurtaları göstərir ki, bu heyvanlar insan tullantıları ilə qidalanıblar və bu da infeksiya riskini artırıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->