Xəbər lenti

Kamil Zeynallı: “Arzu edirəm ki, növbəti 10 sutkanı Şuşada yatım”
Ölkə 11:53 23.10.2020

Kamil Zeynallı: “Arzu edirəm ki, növbəti 10 sutkanı Şuşada yatım”

Tanınmış fitness məşqçisi Kamil Zeynallı azadlığa çıxıb.

Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında məlumat verən idmançı əsgərlərə yardım kampaniyasını davam etdirəcəyini qeyd edib.

"Əziz dostlarım, arzu edirəm ki, tezliklə növbəti 10 sutkanı Şuşada yatım. Allah ordumuzu qorusun, hər şey Vətən üçün! Əsgərlərimizə dəstəyimiz davam edəcək, maşın-maşın dəstəklərimiz gedəcək... Harda qalmışdıqsa, oradan da davam edəcəyik”.

Qeyd ki, Kamil Zeynallı tərəfindən internet informasiya ehtiyatında, o cümlədən informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyaların, foto və vidogörüntülərin yayılması halları müəyyən edilmişdi. İnzibati xətalar haqqında qanunvericiliyin tələblərini pozduğuna görə  Füzuli rayon məhkəməsinin qərarı ilə 10 gün müddətinə inzibati tənbeh növündə həbs olunmuşdu.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->