Aşağı gəlirli ailələrə ən azı bu qədər uşaqpulu verilməlidir (EKSPERT)

Aşağı gəlirli ailələrə ən azı bu qədər uşaqpulu verilməlidir (EKSPERT)

"Gəlirləri aşağı olan vətəndaşların ailələrinə ən azı 100 manat verilməlidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Milli Məclisdə uşaqpulu ilə bağlı yaradılan işçi qrupundan danışarkən deyib. Ekspert hesab edir ki, bu məsələyə bir az fərqli yanaşılmalıdır:
 


"Çünki hamıya, ehtiyacı olana-olmayana da kiçik bir məbləğ verməkdənsə ehtiyacı olanlara daha yüksək məbləğin verilməsi doğru addım olardı. Elə ailələr var ki, bir uşağı var və valideynlərinin ikisi də işləyir. Həmin uşağa 30-40 manat verməyin nə mənası? Düşünürəm ki, bu məsələdə fərqli yanaşmaların yaranmasına ehtiyac var. Bu məsələni dayanıqlı həll etmək lazımdır”.

Natiq Cəfərlinin fikirincə, uşaqlar üçün nəzərdə tutulan yardım birdəfəlik olarsa, bunun effekti olmayacaq:

"Yardımlar daimi olmalıdır. Ailələr üçün gəlir səviyyəsi müəyyən edilməliidr. Həmin gəlir səviyyəsindən aşağı olan vətəndaşların uşaqlarına daha çox yardım edilməlidir. Ən aşağısı 100 manat yardım edilməlidir. Davamlılığını və sosialyönümlüyünü artırmaq üçün bəlli kriteriyalar müəyyənləşməlidir. Aztəminatlı ailələrə daha çox yardımın verilməsi şərait yaradılmalıdır”.

Qeyd edək ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli mətbuata açıqlamasında uşaqpulu ilə bağlı işçi qrupunun yaradıldığını deyib.

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR