REAL-ın məlumatına görə, Dövlət agentliyinin şöbə müdiri Elnur Niftəliyev bildirib ki, "ASAN xidmət” robotla bağlı danışıqlar aparır.
O, "ASAN xidmət”ə müraciət edən vətəndaşlardan rəy sorğusunun alınmasında iştirak edəcək.
Sofiya dünyada ilk süni intelekt Humanoid robotdur. Bu robot 2015-ci ildə Hanson Robotiks şirkəti tərəfindən hazırlanıb. Sofiya süni intelekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilər. Robotun əsas özəlliyi isə insana məxsus 60-dan çox emosiyanı əks etdirə bilməsidir.
Sofiya robotu Azərbaycana ilk dəfə 22 oktyabrda İmişli Asan Həyat Kompleksinin açılışı zamanı prezident İlham Əliyevə təqdim olunub.
Sofiya bu günə qədər dünyada bir çox məşhur simalar, prezidentlər, aktyorlarla görüşüb. O, tanınmış televiziya kanallarında, xəbər proqramları və teledebatlarda iştirak edib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər