Ölkə 09:10 05.03.2021

"ASAN Xidmət"ə yeni aparat rəhbəri təyin edildi

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə yeni Aparat rəhbəri təyin edilib.

Qaynarinfo-nun Pravda.az-a istinadən məlumatına görə, bununla bağlı Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev müvafiq əmr imzalayıb.

Belə ki, əmrə əsasən Qarayev Fuad Firdovsi oğlu Dövlət Agentliyinin Aparat rəhbəri təyin olunub.

Qaye edək ki, F.Qarayev daha əvvəl Agentliyin Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri olub.