Sağlamlıq 19:48 31.08.2018

Asılılıq yaratmayan ağrıkəsici hazırlandı - "AT-121"

ABŞ-ın "Wake Forest" Tibb Məktəbi təhlükəsiz, asılılıq yaratmayan ağrıkəsici üzərində çalışır.

Qaynarinfo xəbər verir ki, təhsil müəssisəsinin fiziologiya və farmakologiya professoru Mei-Chuan Konun sözlərinə görə, asılılıq yaratmayan "AT-121" adlı yeni ağrıkəsici hazırlayıblar. Kimyəvi maddə sadəcə ağrıkəsici funksiyasını yerinə yetirmir, həmçinin əksər ağrıkəsicilərin göstərdiyi kənar təsirlər olan depressiya, zorakılığa meyillilik, ağrıya həssaslıq, asılılıq kimi xüsusiyyətlərə sahib deyil. 

"AT-121" opioidlə eyni səviyyədə ağrıları kəsir və morfindən 100 qat az dozaya sahibdir. 

Gülşən