Xəbər lenti

Asim Mollazadə:
Siyasət 10:26 01.04.2018

Asim Mollazadə: "Ermənistanda heç bir millətin nümayəndəsinin normal yaşamaq imkanı yoxdur"

Ermənistanda heç bir millətin nümayəndəsinin normal yaşamaq və fəaliyyət göstərmək imkanı yoxdur. Bunu Trend-ə Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Onun sözlərinə görə, "Pew Research Center” Tədqiqat Mərkəzinin apardığı sorğu zamanı Ermənistanın Mərkəzi və Şərqi Avropa dövlətləri arasında yəhudilərə münasibətdə ən qeyri-tolerant ölkə hesab olunması ilə bağlı gəlinən nəticəni real saymaq olar: "Əslində, Ermənistan monoetnik ölkədir. Ermənistanda heç bir millətin nümayəndəsinin normal yaşamaq imkanı yoxdur. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri əməllər də bunun bariz nümunəsidir”.

Deputat qeyd edib ki, Ermənistanda tarixi bir antisemitizm var və bu, ermənilərin bütün millətlərə və dinlərə olan nifrətini əks etdirir: "Buna görə də araşdırmaların nəticəsi realdır. Beynəlxalq ictimaiyyət Ermənistanın siyasətinə qiymət verərkən bunu nəzərə almalıdır”.

Xatırladaq ki, "Pew Research Center” Tədqiqat Mərkəzinin Mərkəzi və Şərqi Avropanın 18 ölkəsində bir il ərzində apardığı sosial sorğunun nəticələrinə görə, Ermənistan Mərkəzi və Şərqi Avropa dövlətləri arasında yəhudilərə münasibətdə ən qeyri-tolerant ölkə hesab olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->