Aslan İsmayılov israrlıdır - “Fuad Muradovla bağlı müraciətim araşdırılsın”

Aslan İsmayılov israrlıdır - “Fuad Muradovla bağlı müraciətim araşdırılsın”

Milli Fədailər Hərəkatının qurucusu Fuad Muradov tanınmış hüquqşünas Aslan İsmayılovla heç bir probleminin olmadığını bəyan edib.
 
Qaynarinfo xəbər verir ki, o, müraciətində Aslan İsmayılovu bir ziyalı və ağsaqqal kimi qəbul etdiyini bildirib. 
 
"Aslan İsmayılov barəsində yazdığım xoşagəlməz ifadələrlə bağlı səhv olduğunu başa düşürəm. Aramızda heç bir kin və qərəzli münasibət qalmamışdır. Bütün məsələlərə qanun çərçivəsində aydınlıq gətirmişik. Qarşılıqlı olaraq bir-birimizə hörmətlə yanaşmışıq. Bundan sonra böyüklük Aslan İsmayılovda qalsın", - deyə o vurğulayıb.

Fuad Muradov barəsində Daxili İşlər Nazirliyinə müraciət edən Aslan İsmayılovun adıçəkilən şəxsə müraciətə cavabı gecikməyib. Hüquqşünas bildirib ki, onun Fuad Muradovla bağlı Daxili İşlər Nazirliyinə müraciəti şəxsi maraqlardan irəli gəlmir. Əksinə, ictimai əhəmiyyət daşıyır. Bu baxımdan Aslan İsmayılov müraciətinin araşdırılamsına israr edir:

"Az əvvəl tanış olduğum, Fuad Muradov adlı birisinin ictimaiyyətə ünvanladığı müraciət ilə bağlı fikrimi sizinlə bölüşürəm. Əvvəlcədən bildirim ki, heç kimlə şəxsi münaqişə, münasibət zəminində dava aparmamışam və aparmayacam. Mənim davam həmişə prinsiplərimə görə olub. Adıçəkilən şəxslə bağlı da Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciətim şəxsi zəmində olmayıb. Mənə artıq 2 ildir ki, həmin şəxsin çoxlu sayda insanları ən əxlaqsız formada təhqir etməsi ilə bağlı dəfələrlə müraciətlər olub və ona görə həmin problemi ictimailəşdirmişəm. Məqsədim də son vaxtlar sosial şəbəkəni söyüş meydanına çevirənlərin cəzalandırılması olub, çünki bunu çox ziyanlı və qarşısı alınmalı olan ciddi problem kimi görürəm. Müraciətdə qeyd edilir ki, guya aramızda hansısa fikir ayrılığı olub və həll olunub. Mənim bu tiplərlə heç vaxt görüşüm, mübahisəm, nə də fikir ayrılığım ola bilməz, çünki bu tiplərin arsenalında əxlaqsız ifadələrindən, riyakarlıqdan başqa heç nə olmayıb.

Bir daha hamınıza bildirirəm ki, F.Muradov adlı biri ilə heç vaxt görüşməmişəm və görüşmək fikrim də yoxdur. DİN-ə ünvanladığım ərizəmdə göstərdiklərimdə israrlıyam və araşdırılmasını xahiş edirəm. Doğrudur, onun məndən üzr istəməyə hazır olduğu bildirilsə də problemin mənim şəxsimlə bağlı olmadığını, ictimai maraqdan irəli gəldiyini bildirib təklifi qətiyyətlə rədd etmişəm. Hesab edirəm ki, sosial şəbəkədə, ictimai həyatda təhqirlərə, əxlaqsız ifadələrə yer olmamalı və buna yol verənlər cəzalandırılmalıdır. Bilməliyik ki, kimsə tanımadığı bir şəxsi küçə ifadələri ilə söyüb sonra hansısa vəzifəlinin müdafiəsinə sığınaraq, "gəlim üzr istəyim, keçin" deməklə cəzadan yaxa qurtara bilməyəcək”.

Seyid
XƏBƏRLƏR
BLOGLAR
X