Siyasət 28.01.2022

AŞPA həmməruzəçisindən avroparlamentarilərə çağırış: "Azərbaycana səfər edin"

"Azərbaycanı anlamaq üçün bu ölkəyə səfər etmək lazımdır”.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak qurumun qış sessiyasında monitorinq prosedurlarına həsr edilmiş müzakirələr zamanı bildirib.

"Ölkələrdə gedən prosesləri dərindən anlaya bilmək üçün vaxt tələb olunur. Bunun üçün gedib reallıqları yerində görmək lazımdır. Mən Azərbaycan üzrə uzun illərdir ki, AŞPA-nın həmməruzəçisiyəm. Azərbaycana dəfələrlə səfərlər etmişəm. Bu ölkəni anlamaq üçün ora səfər etmək lazımdır. Ölkələrdə gedən proseslərin yaxşılaşması, müsbət dəyişikliklərin baş verməsinə kömək etmək üçün səfərlərin sayını artırmaq lazımdır", - o deyib.

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?