Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında yeni sədr seçilib.
Qaynarinfo xəbər verir ki, qurumun yeni prezidenti belçikalı Lilian Mouri Paskidir. Paski açıqlama verərək ondan əvvəlki prezident Mikele Nikolettiyə təşəkkür edib və bu vəzifəyə qadının təyin edildiyi üçün qürur duyduğunu deyib.
Qeyd edək ki, bu günə qədər AŞPA-nın 3 qadın prezidenti olub.
Yay sessiyası 29 iyunda yekunlaşacaq.
Gülşən
Şərhlər