Xəbər lenti

AŞPA üzv ölkələri əhalini gəlir və sosial müdafiə ilə təmin etməyə çağırdı
Siyasət 22:34 22.06.2021

AŞPA üzv ölkələri əhalini gəlir və sosial müdafiə ilə təmin etməyə çağırdı

AŞPA-da COVID-19 pandemiyasının yaratdığı sosial-iqtisadi böhranın aradan qaldırılması ilə bağlı qətnamə qəbul edilib.

Modern.az-ın məlumatına görə, qətnamədə bildirilib ki, COVID-19 pandemiyası saysız-hesabsız insan tələfatına, ölkələrin milli səhiyyə sistemlərində, həm də sosial-iqtisadi strukturlarında gərginlliklərə səbəb olub.

Sənəddə üzv dövlətlərin əhalini kifayət qədər minimum gəlir və tam sosial müdafiə ilə təmin etmələrinə dair çağırış edilib.

Qeyd edilib ki, üzv dövlətlər öz maliyyələrini mütərəqqi vergilər, yeni mənbələr artırmaq, yerli özəl fondlardan daha çox istifadə, rəqəmsal iqtisadiyyatdan təkmilləşdirilmiş vergitutma və daha çox kollektiv dövlət borcunun idarə olunması yolu ilə inkişaf etdirməyə dəvət olunur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->