Qazaxıstanın "Astana” futbol klubunun adı dəyişdirilməyəcək.
ONA-nın "gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstanın informasiya və kommunikasiya naziri Dauren Abayev bildirib.
O deyib ki, "Astana Opera”, "Astana Arena”, "Astana” telekanalı və "Astana Arlans” boks komandasının da adları olduğu kimi qalacaq.
Nazir "Astana” beynəlxalq brendini qoruyub saxlamaq fikrində olduqlarını vurğulayıb.
Qeyd edək ki, "Astana” futbol klubu son 5 mövsümdə futbol üzrə ölkə çempionatının qalibi olub.
Xatırladaq ki, bir neçə gün əvvəl 29 il Qazaxıstana rəhbərlik edən Nursultan Nazarbayev istefa verib. Onun yerinə keçən Kasım-Jomart Tokayev paytaxt Astananın Nursultan adlandırılmasını təklif edib. K. Tokayevin təklifi Qazaxıstan parlamentində müsbət qarşılanıb.
Şərhlər