Dünya 13:30 23.03.2019

Astana Nur-Sultan oldu

Qazaxıstanın paytaxtı Astananın adı dəyişdirilərək Nur-Sultan adlandırılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Qazaxıstanın prezidenti vəzifələrini icra edən Qasım Comərd Tokayev məlumat verib. Paytaxtın adının dəyişdirilməsi ötən günlərdə Qazaxıstanda əsas müzakirə mövzusuna çevrilmişdi.

Qeyd edək ki, Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev 19 martda istefa verərək vəzifələrinin icrasını Tokayevə tapşırıb. İstefadan sonra Astananın adının dəyişdirilməsi gündəmə gətirilib.

Gülşən