Astara Rayon İcra Hakimiyyəti Astara rayonu ərazisində yolların əsaslı təmiri ilə bağlı elan etdiyi tenderə yekun vurub.
Qaynarinfo MediaPost-a istinadən xəbər verir ki, tenderin qalibi "Elnur-2" Universal İstehsalat Kommersiya Şirkəti olub. Qalib şirkətə 118 min 200,6 manat ödənilib.
Həmçinin İcra Hakimiyyəti sentyabrın əvvəlində də eyni tender predmeti - yolların əsaslı təmiri üzrə "Elnur-2" Universal İstehsalat Kommersiya Şirkətini tenderin qalibi elan edib, şirkətə 542 min 353,23 manat ödəniş edib.
2019-cu ilin sonlarında isə Astara Rayon İcra Hakimiyyətinin 36 mənzilli yaşayış binasının tikintisi və Astara rayonunda yolların əsaslı təmiri üzrə elan etdiyi tenderlərinin qalibi eyni şirkət olub və tenderlər üzrə "Elnur-2" şirkətinə 2 mln. 292 min 189,6 manat ödəniş edib.
Qeyd edək ki, "Elnur-2" Universal İstehsalat Kommersiya şirkətinin nizamnamə kapitalı 1,6 manatdır. Şirkətin qanuni təmsilçisi Abıyev Zaur Niyaz oğludur.
Xatırladaq ki, sözügedən şirkət Lerik Rayon İcra Hakimiyyətinin də müxtəlif tenderlərinin qalibi olub (Mediapost.az).
Şərhlər