Ağsuda şəhidə hörmətsizlik: Məzarın üzərindəki bayraq baxımsız vəziyyətdə (VİDEO)

Ağsuda şəhidə hörmətsizlik: Məzarın üzərindəki bayraq baxımsız vəziyyətdə (VİDEO)

Təxminən bir ay əvvəl Ağsu rayonunun Bico kənd icra nümayəndəliyinin qarşısında asılmış bayrağın uzun müddət dəyişmədiyindən süzülüb bərbad vəziyyətə düşməsi barədə şəkil və video paylamışdıq. İcra nümayəndəsi Bəhlul Mahmudov əvvəlcə şəklin montaj olduğu, Bico kəndinə aid olmadığı barədə açıqlama verdi. Video görüntü paylaşıldıqdan sonra isə Bəhlul Mahmudov bayrağın külək nəticəsində korlandığını dilə gətirdi.

Təbii, hər iki açıqlama həqiqətə uyğun deyildi. Həmin ərəfədə Bico kəndində olarkən Ağsudan yeganə aprel şəhidi olan gizir Fərəczadə Toğrul Habil oğlunun məzarını da ziyarət etmişdik. Məzarın başı üzərində dalğalanan dövlət bayrağının da həddən artıq pis vəziyyətdə olduğunu gördük. Bayrağın, demək olar, yarısı yox idi.

Tanınmış fotoqraf Orxan Əzim Pravda.az-a açıqlamasında həmin müddətdə bunun paylaşılmamasının səbəbini də açıqlayıb: 

"Paylaşmadıq ki, məsul şəxslər qərəzli olmağımız anlamına köklənməsinlər. Digər baxımdan, icra nümayəndəliyinin qarşısındakı bayrağa olan etinasızlıq, laqeydlik ictimailəşdikdən sonra düşündük ki, yəqin, şəhid məzarının üzərindəki bayraq da yenilənəcək. Lakin kənd sakinlərindən aldığımız məlumata görə, Vətən uğrunda canını qurban vermiş şəhidin məzarı üzərində dalğalanan bayraq bərbad vəziyyətdə qalmaqdadır. Onu da öyrəndik ki, 2016-cı ilin aprel ayından sonra həmin bayraq bir neçə dəfə dəyişilib, lakin şəhidin atası tərəfindən. Bildik ki, bir dəfə də olsun kənd rəhbərliyi nə sözügedən bayraqla, nə məzarlığa gedən həddən artıq bərbad vəziyyətdə olan yolla, nə də şəhidin valideynlərinin problemləri ilə maraqlanmayıblar. Aldığımız məlumatda qeyd olunur ki, məlum bayraq qalmaqalı yaşananda şəhidin evinin həyət qapılarının (həyətin şərqdən və qərbdən olmaqla iki darvazası var) üzərində asılmış və nimdaş günə düşmüş bayrağın biri şəhidin hərbiçi yoldaşları, digəri isə məktəb direktoru tərəfindən dəyişdirilib. Maraqlıdır ki, kənd icra nümayəndəsi Bəhlul Mahmudovun dövlət rəmzinə, xüsusən də müstəqilliyimizin qorunması naminə qanını Vətən torpağına qatmış şəhidin məzarı üzərindəki bayrağa bu qədər sayğısız olmasının səbəbi nədir?!”.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR