Siyasət 23:00 01.08.2014

ATƏT rəsmisi Azərbaycanda son hadisələrdən şoka düşüb

ATƏT rəsmisi Azərbaycanda son günlərin hadisələrindən şoka düşüb.
Bunu avqustun 1-də ATƏT-in Parlament Assambleyasının Demokratiya, İnsan Haqları və Humanitar Məsələlər Komitəsinin sədri İzabel Santos öz bəyanatında bildirib.

Santos insan haqları fəalı Rəsul Cəfərovun ölkədən çıxmasına qadağan qoyulmasını Azərbaycan hakimiyyətinin diqqətinə çatdırıb və bildirib ki, Leyla Yunusa və onun həyat yoldaşına qarşı ittihamlar açıq-aşkar siyasiləşmiş ittihamlardır.

Santos deyib ki, Azərbaycanın vətəndaş cəmiyyətinə son hücumlar Azərbaycanın müasir, demokratik ölkə olmaq istəyini ələ salmaqdır.

Santos əlavə edir ki, bu hadisələrin Bakıda ATƏT-in Parlament Assambleyasının illik toplantısından heç bir ay keçməmiş baş verməsi  bunları daha biabırçı edir.


Qaynar.info