Xəbər lenti

Ölkə 15:56 20.06.2025

"Atlant"da içdi, telefonda sevgilisi ilə dalaşdı, başını ağaca çırpdı - Cərimələndi

Xaçmaz rayonunun Nabran kəndi ərazisində yerləşən "Atlant" İstirahət Mərkəzində sərxoş vəziyyətdə olan şəxs saxlanılıb.

Qaynarinfo-nun məlumatına görə, 1998-ci ildə Ağdaş rayonunun Şıxlı kəndində anadan olmuş C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib.

C.V. "Atlant" İstirahət Mərkəzində yeyib-içdikdən sonra sevgilisindən telefon zəngi alıb. Masadan qalxaraq kənarda zəng edənlə danışarkən aralarında mübahisə yaranıb. Sərxoş və əsəbi halda C.V. yüksək səslə nalayiq ifadələr işlədib, daha sonra isə sağ əlini və başını yaxınlıqdakı şam ağacının gövdəsinə çırpmağa başlayıb.

Hadisədən sonra polis tərəfindən saxlanılan şəxs məhkəməyə çıxarılıb.

Məhkəmənin qərarı ilə o, 100 manat məbləğində cərimələnib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->