Foto 14:39 27.07.2019

ATV-dən 12 saatlıq canlı efir (FOTO/VİDEO)

Gədəbəyin Miskinli- Düzyurd yaylağında ölkədə ilk dəfə olaraq keçirilən Milli Yaylaq Festivalı baş tutub.

Qaynarinfo TİA.az-a istinadən xəbər verir ki, qədim türk elinin adət-ənənələrinə uyğun şəkildə təşkil olunan festivala millət vəkillələri, rəsmilər və türkdilli dövlətlərin nümayəndələri qatılıb.
ATV televiziyası səhər saat 08:45-dən etibarən axşam 20:45-ə qədər ilk Milli Yaylaq Festivalının canlı yayımını keçirdi. Televiziyanın ATV SƏHƏR verilişi ilk dəfə qədim yaylaq məskəni olan Miskinli-Düzyurd yaylağından yayımlandı. Tamaşaçılar saat 18:00 da baş tutan Festivalın canlı açılışının tam versiyasını da məhz ATV kanalında izləyə bilib. ATV XƏBƏR isə günboyu festivalla qatılan qonaqlarla bərabər milli yaylaqda yaşananları çatdırdı.

Miskinli-Düzyurd yaylağında keçirilən ilk Milli Yaylaq Festivalı 28 iyula qədər davam edəcək. Gələcəkdə isə Milli Yaylaq Festivalının keçirilməsi ənənə halını alacaq.