Dünya 10:39 08.03.2013

Çavesin cənazəsi mavzoleydə saxlanacaq

Venesuela başçısı vəzifəsini müvəqqəti icra edən Nikolas Maduro bəyan edib ki,  Uqo Çavesin cənazəsi balzamlanaraq vidalaşmaq üçün daha 7 gün mavzoleydə saxlanılacaq.

APA-nın verdiyi xəbərə görə, Maduro bəyan edib ki, “Venesuela xalqı ölkə liderini yaxşı seyr edə bilməsi üçün cənazə şüşəli tabuta yerləşdiriləcək.

Uqo Çavesin rəsmi dəfn mərasimi martın 8-də keçiriləcək, mərasimdə iştirak etmək üçün artıq bir çox ölkələrin liderləri Karakasa gəlib.   

14 il Venesuelaya rəhbərlik etmiş mərhumun xatirəsini anmaq məqsədi ilə paytaxtın küçələrinə yüz minlərlə insan axışıb.

Qaynar.info