Dünya 12:48 10.04.2020

Aviasiya nəhəngi 16 min işçisini ixtisar edir

Dünyanın ən böyük təyyarə istehsalçılarından olan Boeing şirkəti 16 min işçisini ixtisar etməyə hazırlaşır.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, hazırda 160 min işçisi olan şirkətin işçilərinin 10 faizini ixtisar etməsinə səbəb ciddi maliyyə sıxıntısıdır. Bu çərçivədə Boeing bəzi işçilərinə müqaviləyə xitam verilməsi üçün razılaşmalı paketlər də təqdim etməyə hazırlaşır.

Şirkətin ABŞ-ın açıqladığı 2 trilyon dollarlıq koronavirus paketi sayəsində iş gücünün 90 faizini 30 iyula qədər əlində saxlaya bilməsi gözlənilir.

Camal