Xəbər lenti

AVRO-2020: Fransa birinci, Türkiyə ikinci oldu
İdman 09:00 18.11.2019

AVRO-2020: Fransa birinci, Türkiyə ikinci oldu

AVRO-2020-nin seçmə mərhələsinin X turu davam edir.

Qaynarinfo xəbər verir ki, B və A qruplarından sonra H qrupunda da son oyunlar keçirilib.

Türkiyə yığması səfərdə Andorranın qonağı olub. Şenol Günəşin yetirmələri 2:0 hesabı ilə qələbəni qeyd ediblər. Ancaq bu qələbə "ay-ulduzlular”a qələbə zirvəni ələ keçirmək üçün yetərli olmayıb və AVRO-2020-yə vəsiqəni təmin edən seçmə mərhələni ikinci pillədə başa vurublar.

Çünki qrupun lideri olan Fransa son turda büdrəməyib. Son dünya çempionları Albaniyadan 3 xalla dönüb.

Ümidlərini pley-off mərhələsinə bağlayan İslandiya isə formal xarakterli görüşdə Moldova ilə üz-üzə gəlib. Şimallılar səfər matçında üç xal qazanıblar.

Qeyd edək ki, artıq final mərhələsinə 17 komanda - Belçika, Polşa, Ukrayna, Rusiya, İspaniya, İtaliya, Türkiyə, Fransa, İngiltərə, Çexiya, İsveç, Finlandiya, Xorvatiya, Almaniya, Hollandiya, Avstriya və Portuqaliya vəsiqə qazanıb.

AVRO-2020-nin seçmə mərhələsi
X tur
17 noyabr

H qrupu
23:45. Moldova – İslandiya – 1:2
Milinçianu, 56 - Byarnason, 17, Siqurdsson, 65
23:45. Andorra – Türkiyə - 0:2
Ünal, 17, 21 (pen.)
23:45. Albaniya – Fransa – 0:2
Tolisso, 8, Qrizmann, 31

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->