Xəbər lenti

AVRO-2020: Oyunda huşunu itirən Eriksen ilk dəfə danışdı (VİDEO)
Video 10:49 14.06.2021

AVRO-2020: Oyunda huşunu itirən Eriksen ilk dəfə danışdı (VİDEO)

Danimarka millisinin futbolçusu Kristian Eriksen "La Gazzetta dello Sport”a verdiyi müsahibədə AVRO-2020-nin Finlandiya ilə matçı zamanı huşunu itirməasi barədə danışıb.

Qaynarinfo xəbər verir ki, jurnalist Fabrisio Romano sosial şəbəkədəki səhifəsində yarımmüdafiəçinin indi özünü daha yaxşı hiss etdiyini qeyd edib.

"Hər kəsə təşəkkür edirəm, təslim olmayacağam. Artıq özümü yaxşı hiss edirəm, amma tam olaraq nə baş verdiyini anlamaq istəyirəm. Mənim üçün etdiklərinə görə hər kəsə təşəkkür etmək istəyirəm”, - jurnalist Eriksenin sözlərindən sitat gətirib.

Xatırladaq ki, Kristian Eriksen 12 iyun tarixində Finlandiya ilə oyun zamanı huşunu itirib yıxılmışdı. O, rəqiblə təmasda olmadan qazona yıxılmış, ürəyi dayanmışdı. Eriksenə stadionda təcili yardım göstərilmiş, sonra tribunaların altındakı otağa aparılmış, oradan da xəstəxanaya götürülmüşdü. Həmin görüşdə finlərin 1:0 hesabıyla qələbəsiylə başa çatmışdı. 
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->