Xəbər lenti

AVRO-2024-ün tarixinə düşən futbolçu:
İdman 16:30 05.07.2024

AVRO-2024-ün tarixinə düşən futbolçu: "Heç vaxt "Real"da onamayacağam"

"Barselona"nın və İspaniya millisinin yarımmüdafiəçisi Lamin Yamal "Real Madrid"in formasını heç vaxt geyinməyəcəyinə söz verib.

Qaynarinfo xəbər verir ki, futbolçu bu barədə "Marca"ya müsahibəsində danışıb.

Onun sözlərinə görə, peşəkar karyerasında heç vaxt "Los Blancos"da oynamayacaq.

Qeyd edək ki, Yamal Avropa çempionatları tarixində pley-off mərhələsi matçlarında ən gənc qol ötürməsi verən futbolçu olub. Avropa çempionatının 1/8 final mərhələsində Gürcüstana qarşı keçirilən oyunda assist edən "Barselona"nın cinah oyunçusu bunu 16 yaş 353 günlüyündə bacarıb. Bu məhsuldar ötürmə Yamalın cari turnirdə ikinci assiti olub. Bu ona ən yaxşı qol ötürməsi edənlər siyahısına başçılıq etməyə imkan verir.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->