Video 09:00 11.08.2020

Avroliqada iki yarımfinalçı müəyyənləşdi (VİDEO)

Bu gün Avropa Liqasında 1/4 final mərhələsi start götürüb.
 
Qaynarinfo xəbər verir ki, bir oyundan ibarət olacaq mərhələnin ilk günündə iki qarşılaşma baş tutub.
 
"İnter" öz meydanında təşkilatçı ölkənin yeganə təmsilçisi "Bayer”i qəbul edib və əzmkar qələbə qazanaraq yarımfinala yüksəlib. "Mançester Yunayted” isə Danimarka "Kopenhagen”i ilə 120 dəqiqə mübarizə aparıb. "Qırmızı şeytanlar" minimal hesablı zəfər sayəsində istəyinə çatıb.

Qeyd edək ki, 1/4 finalın digər iki matçı avqustun 11-də təşkil olunacaq.

Avropa Liqası
1/4 final

10 avqust
"İnter” (İtaliya) – "Bayer” (Almaniya)
Qollar: Qollar: Barella, 15, Lukaku, 21 - Haverts, 24
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Düsseldorf. "Merkur Şpil Arena”

 
"Mançester Yunayted” (İngiltərə) – "Kopenhagen” (Danimarka) 1:0
Qol: Bruno Fernandeş, 94 -pen.
Baş hakim: Klemen Turpin (Fransa)
Köln. "Reyn Enerji” stadionu