"Avromed Company” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) baş direktoru Əzizə Baxşiyeva işdən çıxarılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir.
"Əzizə Baxşiyeva rəsmi olaraq 20 fevral 2020-ci il tarixindən istefa ərizəsi yazmış və həmin tarixdən 6 mart 2020-ci tarixinədək təhvil-təslim prosesində idi. Hazırda Ə.Baxşiyevanın "Avromed Company” QSC ilə birbaşa və dolayısı əlaqəsi mövcud deyil”, - deyə şirkət bəyan edib.
Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində Əzizə Baxşiyevanın həyat yoldaşı Riad Məmmədov saxlanılmışdı. O və saxlanılan digər şəxslər tibbi maskaların real dəyərindən dəfələrlə artıq qiymətə satışını həyata keçirməyə cəhd edib.
Deputat Cavanşir Feyziyevə məxsus olan "Avromed Company” QSC dərman biznesi ilə məşğuldur.
Şərhlər