Dünya 10:37 01.06.2013

Avropa Birliyi rəsmi Ankaranı qınadı


Avropa Komissiyası Türkiyədə ötən gün baş verənlərə münasibət bildirib. “CNN Türk”ün verdiyi məlumata görə, qurumun açıqlamasında bildirilir ki, Avropa Komissiyası İstanbulda polis və nümayişçilər arasında toqquşmalardan narahatdır. Komissiya nümayişçilərə qarşı əsassız güc tətbiqini pisləyib.

ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki isə bildirib ki, Türkiyənin sabitliyi, təhlükəsizliyi və rifahını təmin etməyin ən yaxşı yolu ifadə, toplaşma və dərnək qurmaq kimi təməl azadlıqlardan keçir. O, deyib ki, Birləşmiş Ştatlar hadisələri izləyir. //ANS PRESS