Dünya 18:15 25.11.2013

Avropa İttifaqından Rusiyaya ittiham – BƏYANAT

Avropa İttifaqı Rusiyanı Ukraynaya təzyiqlər etdiyinə görə suçlayan rəsmi bəyanat qəbul edib. 

Musavat.com-un məlumatına görə, bu barədə məlumat qurumun saytında yer alıb.

AB-nin prezidenti Herman vam Rompey və Avropa Komissiyasının rəhbəri Joze Manuel Barozzo şəxsində verilən bəyanatda deyilir ki, Kremlin təzyiqlərinə baxmayaraq Kiyevin AB ilə tərəfdaşlıq təklifini qəbul eləmək imkanı qalır. Məqalə müəllifləri hesab edir ki, ölkə vətəndaşları son günlər belə bir istəyi nümayiş etdiriblər. 

Ukrayna prezidenti Viktor Yanikoviç ölkənin qurumla assosiativ üzvlüklə bağlı sənədin imzalanmasının təxirə salınmasına baxmayaraq dekabrın 28-29-da AB-nin Vilnüsdə keçiriləcək genişlənmə sammitinə qatılacağını bəyan edib. 

Qaynar.info