Avropa Parlamentinin deputatları Almaniyanın müdafiə naziri Ursula fon der Lyayenin Avropa Komissiyasının sədri postuna namizədliyini dəstəkləyiblər.
"Report” xəbər verir ki, açıqlanan nəticələrə görə, 383 deputat onun namizədliyinin lehinə, 327-si isə əleyhinə səs verib, 22 nəfər bitərəf qalıb.
Fon der Lyayenin namizədliyinin təsdiqlənməsi üçün 374 səs tələb olunurdu.
Şərhlər