Türkiyənin “Fənərbağça” klubu Balerusun BATE komandası ilə cavab oyununda qarşılaşıb. Oyun Türkiyə klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. İlk oyunda qolsuz heç-heçə qeydə alındığından, bu nəticə “Fənərbağça”nı növbəti mərhələyə keçirib.
Birinci hissənin sonunda "Fənərbağça" penalti imkanı qazanıb. Kristian İstanbul klubunun qələbə qolunu vurub.
Qeyd edək ki, İstanbulda keçirilən qarşılaşmada qonaqlar azlıqda qalıblar. BATE-nin oyunçusu Baqa qırmızı kartla meydandan qovulub (ANS Press).
Qaynar.info
Şərhlər