Avropa Liqası:

Avropa Liqası: "Neftçi" "Fənərbağça"ya potensial rəqib oldu

Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. 

Qaynarinfo UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, püşkün nəticəsinə görə, "Neftçi” – HİK cütünün qalibi pley-off mərhələsində qardaş Türkiyənin "Fənərbağça” klubu ilə qarşılaşacaq.

HİK-lə ilk oyun sabah saat 21:00-da "Bakcell Arena”da, cavab matçı isə ayın 12-si Bakı vaxtı ilə saat 20:00-da "Bolt Arena”da keçiriləcək. 

Avropa Liqasının pley-off mərhələsinin görüşləri avqustun 19 və 26-da baş tutacaq.

Səbuhi Həsənov


XƏBƏRLƏR
BLOGLAR
X