İdman 23:04 03.08.2021

Avropa Liqası: “Neftçi”nin şansı Finlandiyaya qaldı

"Neftçi” avrokuboklarda növbəti oyununu keçirib.

Qaynarinfo xəbər verir ki, Çempionlar Liqası ilə vidalaşan Bakı klubu Avropa Liqasında mübarizəyə başlayıb.

Samir Abasovun yetirmələri III təsnifat mərhələsinin ilk oyununa çıxıb. Paytaxt təmsilçisi Finlandiya çempionu HİK-lə görüşüb.

"Bakcell Arena”dakı qarşılaşmanın ilk 45 dəqiqəsi qonaqların üstünlüyü ilə keçib. Heyətində yetərincə itkilər olan "ağ-qaralar” matçın əvvəlində zədələnən qapıçısı Aqil Məmmədovun da xidmətindən məhrum olub. Daha çox müdafiə olunan "Neftçi”nin azsaylı hücumları da kifayət qədər təhlükəli alınıb.

Fasilədən sonra "Neftçi” oyunu bərabərləşdirib. Qarşılıqlı hücumlarla keçən görüşdə hesabı da bakılılar açıb. Sabir Buqrin uzaqdan zərbə ilə rəqibi məyus edib. Lakin bakılıların sevinci qısa sürüb. Finlandiyalılar qoldan sonrakı 6 dəqiqədə iki qola imza ataraq hesabda önə keçib. "Ağ-qaralar”ı bu dəfə də kapitan xilas edib. Emin Mahmudovun cərimə zərbəsindən vurduğu qol "Neftçi”yə bərabərlik gətirib – 2:2.

Qeyd edək ki, "Neftçi” və HİK arasında cavab oyunu avqustun 12-də Helsinkidə keçiriləcək.

UEFA Avropa Liqası
II təsnifat mərhələsi
İlk oyun
3 avqust

Neftçi - HİK (Finlandiya) 2:2
Qollar: Samir Buqrin, 59. Emin Mahmudov, 80 - Rupe Riski, 61. Jair, 65.
Neftçi: 30. Aqil Məmmədov, 3. Mamadu Mboc, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov, 10. Sezar Meza Kolli, 11. Harramiz Soareş, 14. Romen Bask, 24. Yusuf Laval, 29. Samir Buqrin, 36. Mamadu Kane, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 94. Əlirza Müştəbazadə, 19. Fəhmin Muradbəyli, 21. İsmayıl Zülfüqarlı, 22. Mirabdulla Abbasov, 26. Ömər Buludov, 27. Fərid Yusifli, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov.
Baş məşqçi: Samir Abasov.
HİK: 12. Yakob Tonnander, 3. Yanne Saksela, 5. Deniel O Şonessi, 6. Jair, 10. Lukas Linqman, 11. Rupe Riski, 13. Luis Karlos Murilyo, 15. Miro Tenho, 16. Valtteri Moren, 24. Devid Braun, 27. Filip Valençiç.
Ehtiyat oyunçular: 31. Hüqo Keto, 79. Matias Niemela, 7. Luis Enrike, 9. Riku Riski, 14. Sebastyan Dalström, 22. Kevin-Kuassivi Benisson, 29. Entoni Olusanya, 47. Matti Peltola.
Baş məşqçi: Toni Koskela.
Hakimlər: UİLYAM KOLLAM, Devid Makqiçi, Şon Karr, Yuen Anderson (hamısı Şotlandiya).
Hakim-inspektor: Levan Paniaşvili (Gürcüstan).
UEFA nümayəndəsi: Aleksandr Keplın (Qazaxıstan).
Bakcell Arena.