Avropa Liqası:

Avropa Liqası: "Qarabağ"ın pley-offda potensial rəqibləri müəyyənləşdi

Azərbaycan çempionu "Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri dəqiqləşib. 

Qaynarinfo-nun məlumatına görə, Ağdam təmsilçisi "Legiya” (Polşa) / "Drita” (Kosovo) cütünün qalibi ilə üz-üzə gələcək. Görüş oktyabrın 1-də səfərdə olacaq. 

Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsi sentyabrın 24-də, pley-off isə oktyabrın 1-də keçiriləcək. "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"sinə penaltilər seriyasında uduzduğu üçün mübarizəyə Avropa Liqasında davam edir. 

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR